SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabahdan Bakıda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkası işə başlayır. Bu barədə Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova məlumat verib. O, bildirib ki, dekabrın 30-dək davam edəcək yarmarkada fermerlər pulsuz iştirak edəcəklər.

Paytaxtın Nizami küçəsi 154 ünvanında keçiriləcək yarmarkaya çıxarılacaq məhsulları qida təhlükəsizliyi agentliyinin əməkdaşları yoxlayaraq satışa buraxacaqlar.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Vüqar Hüseynov isə yarmarkada satışa çıxarılacaq məhsulların qiymət məsələsindən danışıb. Bildirib ki, nazirlik qiymətlərin formalaşmasında iştirak etməyəcək, yəni qiymətlər tələb-təklif əsasında müəyyən ediləcək. Bununla belə, qiymətlərin münasib olması üçün fermerlərə bir sıra tövsiyyələr edilib.

Yarmarkada müxtəlif çeşiddə məhsullar gətirən 110 fermer iştirak edəcək. Bundan başqa, 33 arıçı da məhsullarını yarmarkaya çıxaracaq.

"Dövlət Aqrar Ticarət Şirkəti"nin direktoru Leyla Məmmədova rəhbərlik etdiyi şirkətin reallaşdırdığı "Kənddən şəhərə" layihəsi çərçivəsində Bakıda ilk mağazanın gələn həftə açılacağını deyib. Bildirib ki, Mağazada həm xammal, həm də emal olunmuş formada yerl qida məhsullarının satışı həyata keçiriləcək. O, həmçinin qeyd edib ki, hazırda "Dövlət Aqrar Ticarət Şirkəti" yerli fermerlərin məhsulunun ölkədən xaricdə satışını təşkil etməklə də məşğuldur.

BAKU.WS