SİZİN REKLAM BURADA!
055 213 76 73



Milli Məclisdə sosial şəbəkələrdə vəzifəli şəxslər barədə yayımlanan fikirlər bağlı məsələ müzakirə olunub.

BAKU.WS xəbər verir ki, Tahir Kərimli sosial şəbəkələrdə deputatların fikirlərinin konteksdən çıxarılmasından şikayətlənib.

“Konteksdən çıxarırlar, sonra da ağızlarından gələni deyirlər. İstənilən səviyyədə dövlət adamlarını təhqir edirlər. Abırsız-həyasız vəziyyətə salırlar.

Biz hamımız ailə tərbiyyəsi görmüşük, böyümüşük. Heç o sözləri eşitməmişik, görməmişik. Valideynlərimiz bizi küçəyə buraxmayıb ki, o sözləri eşidək. İndi gözlərimiz görür qulaqlarımız eşidir. Təhqir edirlər, biabır edirlər”, - Tahir Kərimli bildirib.

Millət vəkili Fəzail Ağamalı da sosial şəbəkələrdə Azərbaycana qarşı səslənən böhtanlarla bağlı sərt fikirlər səsləndirib:

“Sosial şəbəkələrdə Azərbaycana qarşı yenə də böhtan dolu fikirlər ifadə olunmaqdadır. Bu həm Avropada yerləşən antiazərbaycan qüvvələri tərəfindən həyata keçirilir”, - deyə Fəzail Ağamalı bildirib.

BAKU.WS