SİZİN REKLAM BURADA!
055 213 76 73



Vergilər naziri Mikayıl Cabbarov İTV-nin "Biznes Azərbaycan" proqramının qonağı olub.

BAKU.WS xəbər verir ki, nazir vergi sistemində aparılan islahatlar, vergi mədəniyyətinin formalaşdırılması istiqamətində görülən işlər, vergi qanunvericiliyinə edilən dəyişikliklər, kiçik və orta biznesə tətbiq olunan vergi güzəştləri haqqında danışıb.

“Dövlət tərəfindən tətbiq edilən bu güzəştlərdən kiçik və mikrosaibkarların faydalanması dövlətin əsas hədəfidir. Bir çox hallarda müəssisənin özünün infrastrukturu olmadıqda öz hüquqlarından tam yararlana bilmir.

Nəticə etibarilə istehsal etdiyi məhsul, yoxsa, göstərdiyi xidmətin maya dəyəri artır. Beləliklə də, nə dövlət hədəfinə nail olur, nə də sahibkar”, - deyə nazir bildirib.

Həmçinin verlişdə KOBİA idarə heyətinin sədri Orxan Məmmədov,ANİİA sədri Fərhad Qaraşov və digər biznes sfera rəhbərləri öz rəylərini və vergi güzəştləri haqqında fikirlərini söyləyiblər.

BAKU.WS