SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının mərkəzi küçələrinin birində, 160 nömrəli klassik gimnaziyanın qarşısındakı yolda sürücünün avtomobilini yolun ortasında saxlaması digər avtomobillərin hərəkətinə maneə yaradıb.


BAKU.WS-in məlumatına görə, görüntülərdən də açıq-aydın görünür ki, "50-DL-154" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil dörd zolaqlı yolun tən ortasında durub və bununla da dayanma-durma qaydasını pozub.

Məsələyə aydınlıq gətirmək istəyən paytaxt sakini onun bu əməli ifşa etmək üçün bir xeyli gözləməli olub.

Belə ki, sürücünü görən sakin ondan bu addımı hansı səbəbdən atdığını soruşub.

Əvvəlcə, digər iki zolağın dolu olmasını bəhanə edən sürücü daha sonra ona kobud cavab verib.

Paytaxt sakininin əsəbiləşdiyindən çəkinən sürücü ona "Uşaq gözləyirdi, vaxt yox idi, piyada gəzə bilmirəm" kimi bəhanələr gətirib.

BAKU.WS