SİZİN REKLAM BURADA!
055 213 76 73



Tarixi memarlıq üslübunda tikilən, ancaq baxımsızlıqdan ilkin görünüşünü itirən ''Şərq bazarı''nın taleyinə aydınlıq gətirilib.

Paytaxtın mərkəzində yerləşən ''Şərq bazarı''nın görünüşü dəyişilmədən, əsaslı şəkildə təmirinə başlanılıb.

Nərimanov rayon İcra Hakimiyyətinin şöbə müdiri Hüseyn Cəfərovun sözlərinə görə, bazar aparılan işlərdən sonra göz oxşayacaq. Artıq layihələndirmə işləri yekunlaşmaq ərəfəsindədir.

Bazar ətrafında avtomobillərin rahat park edilməsi üçün yer də ayrılacaq.

Qeyd edək ki, bazarın tikintisi ötən əsrin 80-ci illərinə təsadüf etsə də, ticarət obyekti kimi 2001-ci ildən fəaliyyətə başlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS