SİZİN REKLAM BURADA!
055 213 76 73



Xarici işlər nazirinin müavini Xələf Xələfov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı general Körtis Skaparotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov arasında Bakıda baş tutan görüşə münasibət bildirib.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, nazir müavini bildirib ki, NATO və Rusiyanın hərbi rəhbərliyinin Bakıda görüşməsi Azərbaycana olan etimadın göstəricisidir.

Xələf Xələfov Gürcüstanla Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələsindən də danışıb. Bildirib ki, iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti davam edir və bu prosesin dinamikası daha da artırılmalıdır.

Nazir müavini vurğulayıb ki, yeni ildən başlayaraq işçi səviyyəsində məsləhətləşmələr, sonra işçi qruplarının görüşü və gələn ilin ilk rübündə komissiyasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

BAKU.WS