SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda əsas yollardan birində tıxacın aradan qaldırılması üçün yenilik edilib.

BAKU.WS xəbər verir ki, Babək prospektilə Yusif Səfərov küçəsinin kəsişməsində yeni yol ayrıcı əlavə edilib. Artıq bu istiqamətdə hərəkət edən avtomobillər xətti pozaraq tunelə daxil ola bilməyəcəklər.

Həmin istiqamətdə hərəkət edən avtomobillər bundan sonra məcburi şəkildə sağ istiqamətində hərəkət edəcəklər.

Əvvəllər həmin istiqamətdə sürücülər sola manevr edərək, süni sıxlıq yaradırdılar. Bu yenilikdən sonra artıq PİK saatlarda həmin ərazidə avtomobil sıxlığı olmayacaq.

BAKU.WS