VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ATV-də yayımlanan “Bizimləsən” verilişində əri tərəfindən saçları qırxılan gənc qadının həyatı yenidən müzakirə olunub.


BAKU.WS-in məlumatına görə, bu dəfə saçı qırxılan qadının özü telefon bağlantısı ilə canlı efirə qatılıb.

O, ötən gün qayınanansı Afət xanımın onun ünvanına dediklərini təkzib edib:

"Onlar yalan məlumatlar verirlər. Bu nə dərəcədə doğrudur? Güya qayınanam mənə toy edib, məni kiminləsə tutub və s. Elə bir şey olmayıb".

Qadın tez-tez zorakılığa məruz qaldığını etiraf edib:

"5 yaşlı qızımın əlinə bıçaq veriblər ki, get anana vur. Bu hadisələr qızımın gözləri qarşısında olub. Anam mənim yanıma gələnə qədər döyülmüşəm. Telefonumu əlimdən almışdılar, məni qaranlıq otaqda saxlayırdılar, kiminlə əlaqə yaratmağa qoymurdular".


Daha sonra o, həyat yoldaşı ilə sevib ailə qurmadığını vurğulayıb:

"Yoldaşım 1979-cu il təvəllüdlüdür, mən 1994-cü il.Aramızda 15 yaş fərq var. 2013-cü ildə o insanla ailə həyatı qurmuşam. 2014-cü ildə qızım dünyaya gəlib. 2015-ci ilə kimi normal yaşamışıq. Onların öz aralarında dəfələrlə ailə münaqişələri olurdu. Sonra məni, yoldaşımı, qızımı evdən qovmuşdular. Anama zəng edib dedim ki, bizi gecə ilə bayıra atıblar. 2015-ci ilin avqustun 20-də məni deportasiya etdilər. Ondan sonra mənim o insanla heç bir əlaqəm olmayıb. Rəsmi ayrılmasaq da, ayrıldıq. Döyülmələr olurdu. O insan içki aludəçisi idi. Övladıma görə ona hər dəfə şans verirdim".

Saçı qırxılan qadın baş verən hadisə haqda bunları deyib:

"Saçlarımı qayınanam əvvəlcə qayçı ilə kəsdi, sonra isə ülgüclə təmizlədi. O videoya baxanda görəcəksiniz ki, mən orada susuram, heç bir hərəkət edə bilmirəm. Mənə elə dərman vermişdilər ki, səsim çıxmırdı, qolum işləmirdi, heç bir hərəkət edə bilmirdim".


Qadın başqa kişi ilə yayılan görüntülərinə isə belə aydınlıq gətirib:

"O, onlardan əvvəl olan hadisədir. Onlar məni onunla bir yerdə tutmayıblar, intim əlaqəmiz olmayıb. Görüntülər telefon kartımda qalmışdı. Bilmirəm, əslində silmişdim, hardansa tapıb çıxardıblar. Əgər bu xəyanətdirsə, məni boşaya bilərdilər. Bu hadisə yoldaşımdan ayrılandan sonra baş vermişdi. Onunla evli olduğum müddətdə olmayıb. Görüntülər 2016-2018-ci illərdə çəkilib. Sonra həyat yoldaşımla 2018-ci ildə yenidən birləşmişəm. Mən dəfələrlə boşanmaq istəmişəm, sadəcə onlar razı olmayıb".

Hüseyn Məmmədsalahov
BAKU.WS