SİZİN REKLAM BURADA!
055 213 76 73



Porno filmini izləmək artıq internet sayəsində daha asandır. İnternet istifadəçiləri artdıqca, porno izləyənlərin də sayı artır.


BAKU.WS xəbər verir ki, məsələnin aktivliyini nəzərə alaraq, Amerikalı alimlər bu barədə araşdırmalarını davam etdirirlər. Bu dəfə alimlər porno izləməyin insanların davranış, münasibət və istəklərinə necə təsir etdiyini araşdırıb.



Aparılan araşdırmalarla müəyyən edilib ki, porno izləmək həqiqətən də insanlarda asılılıq yaradır. Bu asılılıq narkotika kimi insanı özünə bağlayır və hətta şəxsi həyatın ayrılmaz hissəsinə çevrilir.


Hətta bu asılılıq narkotikanın yaratdığı bağlılıqdan da betər olur. Çünki insanın narkotikaya aludə olması üçün azı bir həftə ondan mütəmadi istifadə etməsi gərəkir.



Lakin elə insanlar var ki, narkotikadan 3-4 dəfə istifadə etdikdən sonra bağlılıq yaranır. Porno həvəsi isə yeniyetmədə azı bir dəfə izləməsi ilə bəs edir.



Alimlər araşdırıblar ki, yeniyetmə bir dəfə pornoqrafik film izlədikdən sonra, bu bağlılıq yaranır. Növbəti mərhələlərdə isə insan həmin filmin iştirakçısı olmaq arzusunda yaşayır. Nəticədə hələ də seksual fəaliyyəti tam yetişməmiş şəxsdə pornoya bağlılıq yaradır.


Tanınmış alim Klayn araşdırıb ki, pornoqrafiya yeniyetmənin xarakterinin formalaşmasına səbəb olur. Bu aludəçilik insanda 4 xoşagəlməz xarakter formalaşdırır.


Bu təhlil yüzlərlə insan üzərində aparılıb. Bundan başqa, alim özünə qədər aparılan araşdırmaları incələyib və öz təhlillərinin nəticələrilə müqayisə edib.


Birinci növbədə yeniyetmənin porno film izləməsi onda çox güclü cinsi stimul yaradır. Lakin sonradan bu stimul həmin şəxsin gündəlik həyatına daxil olaraq, onda psixoloji problemlər yaradır.



İkinci hissədə isə porno həvəsi artdıqda insanda "həssaslıq itkisi" yaranır. Yəni porno aludəçisi insanlıq hislərini itirir və zombiyə çevrilir. Bu zaman insan heyvanı şəhvətlə hərəkətlər edir. Onda kiminsə halına yanmaq, sevgi hisləri ölür. Əvəzində isə qəddarlıq, şəhvət və eqoistlik yaranır.


Üçüncü varianda isə porno aludəçisində qəddarlıq hissi yaramazlıq xüsusiyyəti ilə əvəzlənir.



Dördüncü və son həddə isə insan pornoqrafik materiallarda görülən davranışı praktikada təkrarlamaq arzusunu artırır. Nəticədə həmin şəxs normal seksual həyatından tam çıxır və vəhşi heyvana çevrilir.


Bu zaman həmin şəxs istənilən insana təcavüz edə bilər. Alimin araşdırmalarına görə, məhz bu amildən istifadə edərək terrorçular öz tərəfdaşlarını artırırlar. Yəni terrorçular prono aludəçilərinə maraqlı həyat vəd edərək, istənilən işə cəlb edə bilirlər.


Alim öz təhlillərinə sübut kimi həbs edilən İŞİD və digər terror təşkilatının üzvlərinin etiraflarını təqdim edir. Bir İŞİD üzvü danışır ki, tutduqları qadınları əziyyət verməkdən zovq alırmış.



Qadınları soyundurub döyür, onları kütləvi şəkildə zorlayırlarmış. Bəzən də kölələri bir-biri ilə cinsi əlaqəyə girməyə məcbur ediblər. Hətta bəzi qadınları saxladıqları xüsusi təlim keçmiş itlərlə münasibətdə olmağa vadar ediblər.



Klayn məşhur alimlərindən olan Larry Honun araşdırmalarına da toxunub. Onun 1986-cı ildə apardığı araşdırmalar zamanı məlum olub ki, porno həvəskarlarının bəziləri ömürlərinin sonuna qədər normal həyat yaşaya bilməyiblər.


35 nəfərin üzərində aparılan tədqiqatlar göstərir ki, porno aludəçilərinin bəziləri intihara meyilli olur. Tədqiq olunan 35 nəfərdən 11-i özünə qəsd edib və nəticədə onlardan 9-u ölüb.



Son olaraq alim tibbi baxımdan da porno izləməyin zərərlərini açıqlayıb. Porno izləyən kişi hər gün getdikcə daha çox seksual dəyişkənlik yaşayır. Yəni porno aludəçisi olan şəxs qadınlara meylini azaldır.


Artıq həzzi əks cinslə münasibətdə olmaqdan yox, pornoya baxmaqdan götürür. Bununla da, insanların nəsil artırması azalır. Bununla da, müəyyənləşib ki, porno izləmək təbii artıma böyük zərər vurur.



Fransalı alimlərin araşdırmalarında isə müəyyənləşib ki, porno izləyicilərin çoxunda dəlilik həddi yaranır. Bu isə özünə qapanma yaradır. Hətta ən amansız cinayətkarlar məhz porno aludəçiləri olub.


Ziya SƏCCAD
BAKU.WS