SİZİN REKLAM BURADA!
055 213 76 73



Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə keçiriləcək “Junior Eurovision” müsabiqəsinin iştirakçıları ilə görüşüb. “Qafqazinfo” xəbər verir ki, onlar İstiqlal Sarayında bir araya gəlib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycanı yarışmada təmsil edən Fidan Hüseynova da olub. Yığıncaqda A. Lukaşenko bütün iştirakçılara uğur diləyib və onların hər birinin qalib olduğunu qeyd edib.

Qeyd edək ki, müsabiqə 25 noyabrda Minsk Arenada baş tutacaq, yarışmada 18 ölkə nümayəndəsi canlı olaraq çıxış edəcək. Təmsilçimiz F. Hüseynova isə səhnədə “I wanna be like you” mahnısını səsləndirəcək.

BAKU.WS