VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Hər bir avtomobilin yanacaq çəninin tutumunun bir ölçü standartı var. Həmin çənə zavod istehsalı ilə müəyyənləşdirilən normadan artıq yanacağın vurulması mümkün deyil.

Bakıda isə yanacaqdoldurma məntəqələrinin birində avtomobilin çəninə zavod tutumundan 10 litrə çox yanacaq əlavə edilib. Məntəqədən vətəndaşa deyirlər ki, bu avtomobilin köhnə olması ilə bağlıdır və çənin həcmi genişlənib. Ustalar isə bunun qeyri mümkün olduğunu deyirlər.

Avtomobilin yanacaq çəninə tutumundan da artıq dizel yanacağı vurulub.

Paytaxt sakini Səbuhi Hüseynov bir gün əvvəl yanacaqdoludurma məntəqələrinin birindən avtomobili üçün yanacaq alıb.O iddia edir ki,Yanacaq vuran cihazın sayğacına baxdıqdabenzin çəninə tutumundan artıq yanacağın vurulduğunun şahid olub.

Səbuhi Hüseynov deyir ki, 65 litr tutumu olan çənin içində 8 litr yanacaq var imiş. Üzərinə 66 litr 600 qram da yanacağın əlavə edilməsi ona heç də inandırıcı gəlməyib. Bununla bağlı iradını nəzarətçiyə bildirdikdə isə onabeləaçıqlama veriblər.

Məsələylə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, yanacaq doldurma məntəqəsindən heçbir açıqlama vermədilər.

Avtomobil ustası Pərviz İsmayılov isə deyir ki, bu avtomobillərdə yanacaq çəninin həcmi standart olur və qarşı tərəfin iddia etdiyi kimi onun həcminin artmasından söhbət gedə bilməz.

Usta onu da bildirdi ki, son zamanlar ona belə halla qarşılaşan çox sürücü müraciət edir. Zərəçəkən Səbuhi Hüseynov isə məsələylə bağlı aidiyyatı qurumlara şikayət etməyi düşünür.

BAKU.WS