SİZİN REKLAM BURADA!
055 213 76 73



Son günlər bölgələrdə hind quşunun ətində bahalaşma müşahidə olunur. Sakinlər buna əsas səbəb kimi yemin baha olmasını göstərir. Qiymətin artmasına baxmayaraq satışlar da çoxalıb.

Adətən yeni il ərəfəsində bahalaşan hinduşkanın qiyməti indidən artıb...

Bölgələrdə hind quşu ətinin 1 kiloqramı 10-12 manata satılır. Hacıqabul rayonun Qubalı-Baloğlan kənd sakinləri deyir ki, 1 ay əvvəl hinduşka ətinin 1 kiloqramı 9 manata satılırdısa, hal hazırda qiymətlər 2 manat bahalaşıb. Onlar bunu yemin bahalaşması ilə əlaqələndirir.

Fermerlər artıq bir neçə gündür ki, hinduşkaya təlabatın artdığını deyir. Təbii ki, bu da, öz növbəsində qiymətlərə təsir edib.

Yerində 1 hinduşkanın qiyməti təxminən 25-40 manat arası dəyişir.

İsmayıllı və Goranboy rayonlarında da hinduşkanın qiymətinin artdıgı bildirilir.

Bəzi təsərrüfat sahibləri hind quşunu kəsib ətin kiloqramına uygun təklif edirsə, bəziləri yerində elə diri quşu razılaşaraq satır.

Bir neçəhəftədən sonra qiymətlərin bir azda bahalaşacağı gözlənilir.

BAKU.WS