SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Rüspublikası Milli Məclisinin daxili nizamnaməsinə dəyişikliklər edilməsi məsələsi parlamentdə müzakirələrə səbəb oldu. Nizamnamənin tələbinə görə, Milli Məclisin iclasları Azərbaycan dilində aparılmalıdır.

Millət vəkili Siyavuş Novruzov təklif etdi ki, qeyri-azərbaycanlı deputatlara, eləcə də, Dağlıq Qarabağ bölgəsi azad edildikdən sonra seçilə biləcək erməni deputatlara öz dillərində çıxış etməyə şərait yaradılmalıdır.

Bu, təklif deputatların etirazına səbəb olub, spiker Oqtay Əsədovun cavabı isə alqışlarla qarşılandı.

Digər deputatlar da çıxışlarında Milli Məclisin iclaslarının Azərbaycan dilində keçirilməsi qaydasını dəstəklədiklərini bildirdilər.

realtv.az
BAKU.WS