SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi altında Naxçıvan Qarnizonu qoşunları tam döyüşə hazırolma vəziyyətinə gətirilib.

Bu barədə Müdafiə Nazirliyindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, idarəetmə məntəqələri və praktiki fəaliyyətə cəlb edilən bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.

Birləşmə və hissələrin idarəetmə məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.

KQHO-nın əsas məqsədi idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir.

BAKU.WS