VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İsmayıllı sakini ikinəfərlik, qeyri-adi velosiped düzəldib.

Velosipedin qeyri-adiliyi ondadır ki, əks istiqamətdə oturan 2 nəfər də pedalları öz istiqamətlərinə doğru hərəkət etdirir.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, qeyri-adi velosipedi İsmayıllı sakini Əli İmamverdiyev düzəldib. Velosipedin bu vəziyyətə gətirilməsi üçün 2 sükan, 2 təkər, 2 çərçivə, 2 oturacaq, 3 zəncir və 4 pedaldan istifadə edilib. Birinci zəncir 1-ci pedaldan 1-ci dartıcı qutuya, 2-ci zəncir isə 1-ci pedaldan 2-ci pedala keçməsi üçün istifadə edilir. Üçüncü zəncir isə 2-ci pedaldan 1-ci pedala əks tərəfə birləşir. Həmin zəncirlər birləşərək 1,5 metr uzunluğunda ümumi dövrə əmələ gətirir.

Velosipeddə eyni anda 2 nəfər oturaraq biri arxa, digəri isə ön tərəfə baxır. Hərəkət istiqaməti isə eynidir.

Yeni vasitə görənlərin də marağına səbəb olur.

Velosipedin hazırlanmasına təxminən 300 manat sərf olunub. Velosipedin uzunluğu 2 metrdən bir qədər çoxdur. Əli İmamverdiyev deyir ki, gələcəkdə bu vasitəni daha da təkmilləşdirəcək.

BAKU.WS