VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişində gərgin anlar yaşanıb. 

BAKU.WS-in məlumatına görə, verilişdə qonaq olan Elnarə adlı qadın qızı Mələyin xəstəliyi ilə bağlı müraciət edib. 

Aparıcı Xoşqədəm Hidayətqızından yardım istəyən ana göz yaşlarına boğulub. 3 yaşlı Mələyə həkimlər 3 ay vaxt qoyub. Təcili əməliyyat olunmalıdır və müalicə edilməlidir. Bunun üçün isə 40 min dollar tələb olunur.

Mələyin atası Vüqar isə uşaq qüsurlu olduğu üçün övladından imtina edib. Xəstəxanalar isə ödəniş tələb edərək uşağın müalicəsini hələlik üzərinə götürmür. 

Elnarə övladının çətin vəziyyətinə dözə bilməyib və efir zamanı qəfil özündən gedib.  

Abbas
BAKU.WS