SİZİN REKLAM BURADA!
055 213 76 73



Son illər Bakıda keçirilən nüfuzlu tədbirlər və turist axını əmlak bazarında tendensiyanı dəyişib. Əvvəllər paytaxtın ən bahalı ərazisi "Tarqovu" kimi tanınan Nizami küçəsi idisə, indi Neftçilər prospekti əmlak dəyərinə görə önə çıxıb. Bu iki küçə arasında evlərin qiymətindəki fərq 50-150 min manat arası dəyişir. 


Əvvəllər Bakının ən bahalı mənzillər olan ərazisi "Tarqovu" kimi tanınan Nizami küçəsi idisə, artıq Neftçilər Prospektində yerləşən evlərin qiyməti bu statusu dəyişib.


Əmlak üzrə ekspertlərin sözlərinə görə, hər iki ünvanda yerləşən mənzillərin qiymətləri arasında 50 min manatdan 150 min manata qədər real fərq var. Neftçilər prospektində olan mənzillərin qiyməti xeyli artıb.


Əmlak üzrə ekspert Nofəl Quliyevin sözlərinə görə, Neftçilər prospektinin özündə isə köhnə tikili binalarda ən bahalı mənzillər Qız Qalası ətrafında yerləşir. Burda evlərin qiyməti 1 kvadrat metri 5 min manatdan başlayır.


Qiyməti artıran bir səbəb də burada kirayə evlərin çox baha olmasıdır.


Nizami küçəsində olan evlərin qiymətinin Neftçilər prospektinə nisbətən ucuz olmasının bir səbəbi də burda hündürmərtəbəli binaların tikintisinin aparılmamasıdı. Neftçilər prospektində isə əksinə yeni yaşayış binalarının tikintisi üstünlük təşkil edir. Belə binalarda da mənzillərin kvadraı 3 min -5 min manat arası dəyişir. Kirayə mənzilərin qiyməti isə min manatdan başlayır.


BAKU.WS