SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda gecə saatlarında itlərin parçalamaq təhlükəsiylə üz-üzə qalan 2 yaşlı Lalənin anası ilə bağlı dəhşətli faktlar üzə çıxır.

BAKU.WS
xəbər verir ki, özünü azyaşlının bibisi kimi təqdim edən Rəna "Səni axtarıram" proqramına gələrək dilənçilik etdiyini etiraf edib.

Proqram əsanasında hər kəsi şoka salan faktlar açıqlanıb. Lalənin anası Nailə canlı yayıma zəng edib və məlum olub ki, baldızının və qayınanasının dediyi kimi dəli deyilmiş.

Nailə 2009-cu ildə qaraçılar tərəfindən qaçırıldığını, işgəncələrə məruz qalaraq, məcburən Asif adlı şəxsin ikinci həyat yoldaşı edilib. Dünyaya gətirdiyi ilk iki övladı bibisi və nənəsi tərəfindən yastıqla boğularaq öldürülüb.



Sonradan dünyaya gətirdiyi 5 uşağı ilə birlikdə Azərbaycanın müxtəlif ərazilərində dilənçiliyə məcbur edilir.

Studiaya gələrək özünü Nailənin qonşusu kimi təqdim edən qadın da onun sözlərini təsdiq edib. Qonşu Nailənin qaçırıldığı barədə vaxtı ilə anasının hətta keçmiş ANS telekanalına da qızının tapılmasına kömək üçün müraciət etdiyini deyib.



Nailənin onların əlindən xilas olmaq üçün dəfələrlə qaçmağa cəhd etdiyini, lakin hər dəfəsində tapılaraq yenidən geri qaytarıldığını bildirən qonşu “Nailə bir dəfə qaçmışdı, tapıb geri qaytarandan sonra bıçaqlamışdılar” sözləri ilə hər kəsi dəhşətə gətirib.

BAKU.WS