SİZİN REKLAM BURADA!
055 213 76 73



Son bir neçə gündə bazarlarda pomidorun qiymətində ciddi enmə müşahidə edilir.

Təxminən 10 gün əvvəl kiloqramı 2-3 manata satılan pomidorun qiyməti indi 1 manatdan da aşağıdır.

Satıcılar qiymətin enməsini bolluqla və pomidorun Rusiya bazarlarına çıxarılmaması ilə əlaqələndirirlər.

Qiymətlərin enməsi bazarlarla yanaşı, mağazalarda da özünü göstərir.

Satıcıların sözlərinə görə, bundan sonra qiymətlərin daha da düşməsi gözlənilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS