VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin “FOX” kanalında yayımlanan “Savaşçı” serialında Azərbaycan haqqında bölüm çəkilib.


BAKU.WS xəbər verir ki, 49-cu bölümdə hadisələr Bakı şəhər Baş Polis İdarəsində cərəyan edir. İdarədə çəkilişlər zamanı böyük xətaya yol verilib.


Görüntülərdə arxa kadrda Azərbaycanın xəritəsi əks olunub. Divarda asılan xəritədə Azərbaycanın ərazi bütövlüyündə qüsura yol verilib. Xəritədə Dağlıq Qarabağ və Naxçıvan hissəsi Azərbaycanın tərkibində göstərilmir.



Qeyd edək ki, “Savaşçı” serialında Azərbaycan hərbçilərinin cəsurluğu və qəhrəmanlığından bəhs olunur. Film Azərbaycan-Türkiyə qardaşılığı baxımından böyük layihə sayıla bilər.


Ancaq 49-cu bölümdəki bu xətanın qəsdən edildiyi və ya təsadüfən baş verdiyi maraq doğurur. Ümid edirik ki, filmin yaradıcı heyəti baş vermiş anlaşılmazlıqla bağlı açıqlama verəcək və növbəti bölümlərdə bu xəta aradan qaldırılacaq.


Cavid Babayev
BAKU.WS