VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son vaxtlar çörəyin süfrələrimizə hansı yollarla gəlib çıxması şübhələr doğurur.

BAKU.WS
xəbər verir ki, çörək maşınlarının sanitar qaydaları pozması halları artıb.


Məsələ ilə bağlı ARB TV-də reportaj yayımlanıb.


Araşdırma apararkən belə qayda pozuntusuna rast gəldik. Çörək daşıyan maşının yiyəsi maşınını rəngləyəcəyini və belə antisanitar halın birdə yaşanmayacağını dedi.


Bundan sonra nəzarət olunacaqmı, olunmayacaqmı? Bilmirik. Amma buna qədər olan çörəyin daşınması zamanı yol verilən bu səhlənkarlıqların vətəndaşlara az zərbəsi dəyməyib.


Əslində çörəkbişirmə sexləri də bu qaydalardan və təmizlik normalarından xəbərsiz deyil.


Yəqin ki, bu sadalananları etmək onların çox vaxtını alır, ya da əlavə əziyyətə düşmək istəmirlər.


Görünənsə odur ki, bu cür başa salımaqla bəziləri başa düşmək istəmir.


Deməli mütləqdir ki, bu sahədə də sərt addımlar atılsın. Yeyinti məhsullarının daşınması zamanı sanitar norma və qaydalarını pozanlar ciddi cəzalandırılsa, bu digərləri üçün dərs olar. Vətəndaş da aldığı çörəyin təmizliyindən əmin olaraq yeyər.


BAKU.WS