VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Axşam saatlarında paytaxt Bakının müxtəlif ərazisində sürücülərin məsuliyyətsizliyi ucbatından sıxlıq yaşanır.

Belə ərazilərdən biri də Xətai rayonu, Afiyəddin Cəlilov küçəsidir. Burada yerləşən müxtəlif çay evlərinə gələn vətəndaşlar avtomobillərini parkinqlərdə yox, yolun ortasındakı təhlükəsizlik adacığında və hərəkət hissəsində saxlayırlar. Bu isə müxtəlif hissələrə aparan yolları daraldır.

Demək olar ki, hər gün axşam saatlarında, hərəkətin pik olduğu vaxtda bu mənzərə yaşanır. Yaxınlıqda məşhur əyləncə mərkəzinin dayanacağı olsa da, bəzi sürücülər maşınlarını yolun ortasında saxlamağa üstünlük verirlər.

Sözügedən ərazidə avtomobillərin park edilməsinə icazə verən heç bir nişan yoxdur. Əksinə, parkinqi qadağan edən nişanlanma xətti var, amma üzərində maşınlar dayandığından onu axşam lentə almaq mümkün olmadı.

Avtomobillərin bir hissəsi təhlükəsizlik adacığının içərisində, bir qismi isə yolun ortasında saxlanıldığından Xətai metrosu, eləcə də mərəkəzə doğru aparan yol xeyli daralır.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov etiraf edib ki, Afiyəddin Cəlilov küçəsində sözügedən ərazi də daxil olmaqla şəhərin müxtəlif hissələrində sürücülərin avtomobillərini qanunsuz park etmələri nəticəsində sıxlıq yaranır. Bölmə rəisi ərazidə araşdırma aparılacağını bildirib.

Vaqif Əsədov deyib ki, bu tipli məsələlərdə sürücülərin də üzərinə böyük məsuliyyət düşür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS