SİZİN REKLAM BURADA!
055 213 76 73



Şagird üçün ilk dərs günü kosmik gəminin fəzaya göndərilməsinə bərabərdir – o, bilik məkanına öz yolunu başlayır. Bu yolda ona ən yüksək kömək və dəstək göstərmək biz böyüklərin borcudur.

Öz təhsil sahəsindəki xeyriyyəçiliyi ilə tanınmış bankir Corc Pibodi deyirdi: “Təhsil indiki nəslin gələcək nəsilə olan borcudur”. Təhsilin gələcək uğurun bünövrəsi olduğunu hesab edən Expressbank bununla tam razıdır və mütəmadi olaraq bu istiqamətdə sosial layihələr həyata keçirir.

Bilik günü ərəfəsində bankın əməkdaşları Beylaqan rayonunun Kəbirli kəndində yerləşən 2 №li tam orta məktəbi ziyarət etdilər, şagirdləri öz gəlişi və hədiyyələri ilə sevindirdilər. 70 nəfərə yaxın ibtidai sinif şagirdi çanta və məktəb ləvazimatları hədiyyə alıb, dərs ilinə tam hazır oldular.

Bankın əməkdaşlarını Milli Məclisin deputatı Şahin İsmayılov, məktəbin direktoru İlqar İbadov və pedaqoji kollektiv qarşıladı. Onlar Expressbank-a göstərdikləri yardıma görə minnətdarlıq bildirdilər, və belə sosial layihələrin uzaq və cəbhə bölgəsinə yaxın kəndlər üçün vacibliyini vurğuladılar.

Görüşdən video çarxı izləyə bilərsiniz.