SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakı-Sumqayıt elektrik qatarının hərəkətində problem yaranıb.

BAKU.WS
-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, səhər saatlarında Sumqayıtdan Bakıya gələn sürət qatarı gecikib. İlk qatar 5 dəqiqə, ikinci qatar isə 10 dəqiqə gecikib.

Nəticədə sərnişinlər arasında narahatlıq yaranıb. Bəzi sərnişinlər işə gecikdiyi üçün gözləməyib.

Dəmir yolu işçilərinin verdiyi məlumata görə, yolda işıqforlarda problem yaranıb. Bu səbəbdən də, qatarlar gecikib. Bələdçinin sözlərinə görə, Sumqayıtdan Bakıya gedən istiqamətdə yaşıl işıq yanmadığına görə, qatar dəqiqələrlə yolda dayanıb.

Məsələ ilə əlaqədar "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova BAKU.WS -ə açıqlamasında bildirdi ki, qatarların gecikməsinə texniki nasazlıq səbəb olub.

“Artıq problemlrə aradan qaldırılıb. Narahatlığa əsas yoxdur”, - deyə Sevinc Qədirova bildirib.

Ziya SƏCCAD
BAKU.WS