SİZİN REKLAM BURADA!
055 213 76 73



Sentyabr ayı başlayar-başlamaz kirayə mənzil bazarında canlanma var.

BAKU.WS
Xəzər TV-yə istinadən xəbər verir ki, həm universitetlərin açılması, həm də insanların yay istirahətindən paytaxta qayıtması kirayə ev tapmağı müşkül məsələyə çevirib.

Kirayə mənzil axtaranlar deyir ki, büdcəsinə uyğun mənzil tapa bilmirlər. Rieltorlar isə əvvəlki aylara nisbətən kirayə qiymətlərinin artdığını deyir.

Tələb çox, mənzil isə tapılmır. Sentyabr ayının ilk günlərindən başlayaraq kirayə mənzil bazarında aktivlik müşahidə edilir.

Vətəndaşlar deyir ki, qiymətlər əvvəlki aylara nisbətən bahalaşıb.

Mənzil axtaranlar kirayə ev tutarkən əsasən metroya yaxın olmasına üstünlük verirlər. Buna görə də, metro yaxınlarında ev tapmaq ya baha başa gəlir, ya da ümumiyyətlə tapmaq mümkün deyil.

Rieltorlar da tələbin çox olmasına baxmayaraq, kirayə üçün təklif edilən evlərin az olduğunu deyirlər.

Yay aylarında mənzillər nisbətən ucuz olsa da hazırda qiymətlər artıb.

Qarşıdakı aylarda qiymətlərin nisbətən ucuzlaşacağı gözlənili

BAKU.WS