VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gəlin keçmiş qaynanasının onun adına kredit götürdüyünü amma indi pulu ödəməkdən boyun qaçırdığını iddia edir. Hadisə Yevlax rayonunda baş verib. Gözdən əlil olan gəlin boşandıqdan sonra bir uşağı ilə atası evinə qayıtdığını və əlavə ödənişin onlara çətinlik yaratdığını bildirir. Məsələyə hüquqşünaslar da münasibət bildirib.

Gözdən əlil olan gəlin qaynanasının onun adına kredit götürdüyünü və ödəməkdən imtina etdiyini iddia edir.

Yevlaxın Aran qəsəbəsindən Tərtər rayonuna gəlin köçən Aygün İbrahimovanın adına qaynanası Mehbarə Bəylərova 500 dollar məbləğində kredit götürüb. Bir müddət keçdikdən sonra gəlin boşanıb ata evinə qayıtsada kredit kartı həmin evdə qalıb və hər ay ödənilməli olan məbləğ Aygün İbrahimovanın əlilik üçün təyin edilən 47 manatdan tutulub.

Yevlax sakini 2 il ərzində ödəmə eləsə də hələdə banka 404 manat borclu qaldığını deyir. Qadın bunu ödəməkdə çətinlik çəkdiyindən keçmiş qaynanasına krediti ödəməsini bildirsədə ona yox cavabı verilib.

Bir övladı ilə atasının himayəsinə sığınan qadın çarəsiz qaldığını bildirir. Məsələ ilə bağlı qarşı tərəfində fikirlərini öyrənməyə cəhd etsəkdə cavabsız qalıb.

Məsələ ilə bağlı hüquqşünas Xəyal Bəşirovun ''Xəzər Xəbər'' verdiyi açıqlamaya görə kredit müqaviləsi Aygün İbrahimov yəni gəlinin adına rəsmiləşdiyindən kreditida o ödəməlidir. Amma gəlin pulun həqiqətəndə keçmiş qayınanasına verildiyini sübut edən faktlar və şahidlər taparaq məhkəməyə müraciət edə və ona dəyən maddi mənəvi ziyana görə ödəniş tələb edə bilər.

BAKU.WS