SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda piyada səkisi tikinti şirkəti tərəfindən zəbt edilib.

Sakinlər mənzil başına çatmaq üçün qarşı tərəfə keçməyə və ya yolun hərəkət hissəsi ilə getməyə məcbur olurlar.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Binəqədi rayonu, Beynəlxalq Avtovağzal Komplekisnin qarşısından gedır. "Matadrom" kimi tanınan ərazidə yaşayan sakinlər deyirlər ki, səki zəbt edildiyindən çətin vəziyyətdə qalıblar.

Sakinlərin sözlərinə görə, bu yoldan məktəbə gedən uşaqlar da istifadə edirlər. Ona görə də sentyabrın 15-dən onların işi daha da çətinləşəcək. Yolda isə hərəkət edən avtomobillərin ardı-arası kəsilmədiyindən qəza riski yüksəkdir.

Ərazidə yaşayanların sözlərinə görə, son vaxtlar, ümumiyyətlə tikintidə iş getmir. Amma tikintinin bünövrəsi üçün qazılmış yer ətrafa təhlükə saçmağa davam edir. Məhz buna görə də yaxınlıqda yaşayanlar övladlarını küçəyə buraxmırlar.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildiriblər ki, bünövrənin bir neçə il əvvəl qazılmasına baxmayaraq, tikinti işləri davam etdirilməyib. Hüquq müəyyənedici sənədlərin təqdim edilməsi üçün tikinti şirkətinə müraciət olunub. Yalnız sənədlər təqdim edildikdən sonra müvafiq tədbirlərin görülməsi təmin olunacaq.

BAKU.WS