SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Nəqliyyat Agentliyi məlumatlandırma xarakterli daha bir videoçarx hazırlayıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni tədris ilinin başlanması ərəfəsində təqdim edilən videoçarxda Bakı şəhərində yerləşən bütün ali məktəblərinin yerləşdiyi ünvanlar və həmin ərazidən keçən müntəzəm marşrut xətləri ilə bağlı məlumatlar yer alıb.

Videoçarxın hazırlanmasında məqsəd, tələbə adını yeni qazananların qəbul olduqları ali məktəbə ictimai nəqliyyatdan istifadə etməklə getməsini asanlaşdırmaqdır.

Bakı Nəqliyyat Agentliyi bu il tələbə adını qazanan hər kəsi təbrik edərək müvəffəqiyyətlər arzu edir.

BAKU.WS