SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda şəhərin estetik görünüşünü pozan, paltar qurutmaq üçün asılan iplər sökülüb.

Bu dəfə eyvandan paltaq asmaq qadağası paytaxtın Nərimanov rayonunda tətbiq olunub.

Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları qaldırıcı kran vasitəsi ilə Həsən Əliyev küçəsində eyvanda olan paltar iplərini kəsiblər.

Gün boyu rayon ərazisində bir neçə küçə və prospektdə 100-ə yaxın binada paltar qurutmaq üçün asılan iplər sökülüb. Əvəzində isə rayon icra hakimiyyəti həmin sakinlərə müasir paltar qurutmaq üçün avadanlıq verib. Bir-bir qapıları döyən Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları həmin avadanlığı sakinlərə təqdim edib.

Bənzər tədbir Yasamalda bu gün də davam edib. Polisin də iştrakı ilə icra hakimiyyətinin əməkdaşları İnşaatçılar, Nərimanov, Hüseyn Cavid prospektlərində, M.Müşfiq və H.B.Zərdabi küçəsində 50-dən çox binada paltar qurutmaq üçün asılan iplər kəsilib, sakinlərə bir daha xəbərdarlıq edilib. Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyevin sölərinə görə, paltar asılqanlarının kəsilməsində əsas məqsəd vətəndaşların təhlükəsizliyini təmin etməkdir.

İsfəndiyar Mehbalıyev belə tədbirlərin rayon ərazisində bir neçə gün davam edəcəyini deyib.

Qeyd edək ki, Yasamal rayonunda eyvanından paltar ipləri kəsilən sakinlərə də müasir paltar qurudmaq üçün avadanlıqlar paylanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS