VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda apteklərin birində psixotrop maddələrin reseptsiz satılması barədə sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə və narahatlığa səbəb olub.

BAKU.WS
xəbər verir ki, vətəndaş çəkdiyi videoda Nobel prospektində yerləşən aptekdə psixotrop maddə sayılan tramadolun yeniyetmələrə reseptsiz şəkildə satıldığını iddia edir.

Xəzər TV-nin əməkdaşları həmin iddia ilə bağlı sözügedən aptekdə olublar. Qarşılaşdıqları mənzərə isə sizi də təəccübləndirəcək.

Əlində psixotrop maddə olan tramadolun boş qabını tutan vətəndaş qarşıdakı aptekdə bu dərmanın resept tələb edilmədən yeniyetmə və gənclərə satıldığını deyir.

Sözügedən video ilə bağlı biz də həmin aptekə baş çəkdik. İlk baxışdan adi aptek təəssüratı yaratsa da, ətrafında olan mənzərə tamam fərqli təsir bağışlayır.

Ətrafda yaşayan sakinlər də yaranan bu mənzərədən narahatdırlar. Sakinlər hər axşam aptekin qarşısının yeniyetmələrlə dolu olduğunu və onların "tramadol" adlı dərmanı rahatlıqla əldə etdiyini deyirlər.

Vətəndaşlar deyirlər ki, aptekdə adi başağrı dərmanını belə tapmaq mümkün deyil. Lakin nə tapılmasa da, psixatrop maddələr bu aptekdə hər zaman tapılır.

Maraqlısı burasındadır ki, çəkiliş apardığımız zaman adi başağrı dərmanının belə satılmadığı aptekin qarşısı bir dəqiqə belə müştərisiz qalmırdı. Qapının bağlı olmasına baxmayaraq, dəqiqələrlə aptekin qabağında gözləyənlər belə var idi.

BAKU.WS