SİZİN REKLAM BURADA!
055 213 76 73



Müştərilərinə kirayə ev sözü verib onlardan beh aldı, daha sonra isə telefonu söndürüb aradan çıxdı.

BAKU.WS
xəbər verir ki, maraqlı hadisə paytaxtın Nəsimi rayonundakı əmlak ofislərindən birində baş verib. Xəzər TV-nin əməkdaşı məsələni araşdırıb.

Vətəndaşlara kirayə ev tapacağına söz verib beh aldı, sonra isə aradan çıxdı. Hadisə Memar Əcəmi Metrosunun yaxınlığındakı alqı-satqı ofislərindən birində qeydə alınıb.

Telefonlarına cavab verilmədiyini görən vətəndaşlar gəliblər həmin əmlak ofisinə. Burda isə tamam başqa bir şəxsin əyləşdiklərini görüblər. Hadisə ilə bağlı ona məlumat verəndə isə deyib ki, o şəxsi tanımır.

Ancaq ofisdə əyləşən şəxs kanalın əməkdaşına açıqlamasında vətəndaşları aldadıb qaçan Surət adlı şəxsi tanıdığını dedi.

Vəkil Asif Abdullayev bildirir ki, həmin şəxsin törətdiyi hadisə kiçik talama adlanır və buna görə inzibati xətalar məcəlləsində cəza olaraq 3 aya qədər inzibati həbs müəyyən edilib.

BAKU.WS