VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda əsasən gecə saatlarında qaydaları pozan sürücülərə qarşı reyd keçirilib.

ARB TV xəbər verir ki, maşınını sərxoş halda sürən və əsasən polisin “saxla” əmrinə tabe olmayanlarlara qarşı təşkil olunan reyddə mübahisəli anlar yaşanıb.

Binəqədi rayon ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə “Mercedes” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verildi. Amma sürücü polisin əmrinə tabe olmayaraq hərəkətini davam etdirdi. Daha sonra yol polisləri tərəfindən Rəsulzadə qəsəbəsi ərazisində saxlanılan sürücü sənədlərini təqdim etməkdən boyun qaçırdı.

Reyd zamanı sənədlərini təqdim etməkdən boyun qaçıranlardan savayı əmrə tabe olmayanlar və başqa qanun pozucuları qeydə alındı və həmin sürücülərə qarşı qanunun tələblərinə uyğun tədbirlər görüldü.

BAKU.WS