VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yevlax rayonunda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib.

“Report”un yerli bürosunun məlumatına görə, Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşlarının şəhərin müxtəlif hissələrində keçirdiyi reyd zamanı 40-dan artıq avtomobil saxlanılıb.

Avtomobillərdən 20-nin sürücüsünə cərimə tətbiq edilib. Sürücülərdən bəziləri polis əmakdaşları ilə razılaşmayaraq cərimə yazılmasına etiraz ediblər.

Reyddə polisin saxla əmrinə tabe olmayanlarla yanaşı, müxtəlif qayda pozan sürücülər də aşkarlanıb onaların barəsində də qaydalara uyğun olaraq tədbirlər görülüb.

Yol polisinin şəhər ərazisində keçirdiyi reydlər davam edəcək.

BAKU.WS