VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Paytaxyda artıq qurbanlıq heyvanların satışına başlanılıb. Bayrama iki gün qalmasına baxmayaraq, indidən qurbanlıq heyvan alanlar var.

Xırdabuynuzlu heyvanların qiymətləri isə çəkisinə görə dəyişir. 15 kiloqram xalis əti olan qurbanlıq bir quzu ortalama 180 manata başa gəlir.

Bəzi ərazilərdə isə qeyri-qanuni olaraq qurbanlıq heyvan satışı ilə məşğul olmaq istəyənlərin qarşısı alınıb. Bu gün səhər saatlarında Suraxanı rayonu Qaraçuxur qəsəbəsində bir neçə nəfər yol kənarında qurbanlıq quzuların satışını həyata keçirməyə cəhd edib. Ancaq onların bu cəhdinin qarşısı icra nümayəndələrinin və rayon polis idarəsi əməkdaşları tərəfindən alınıb.

Bu arada Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək. Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur. 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub.

Qeyd edək ki, ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlanıb. (Xezerxeber)

BAKU.WS