SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə iqtisadi böhranın aradan qaldırılması istiqamətində addımlar atılır.

BAKU.WS
“haberler”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin maliyyə naziri və prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak məlumat verib. Nazir deyib ki, ölkədə dollar böhranını aradan qaldırmaq üçün yeni iqtisadi modelin tətbiqinə başlanılacaq.

Qeyd edək ki, son günlər ABŞ dolları ölkədə sürətlə bahalaşdığı üçün xarici şirkətlə investisiya yatırmaqdan imtina etməyə başlayıblar.

Bu problemin aradan qaldırılması istiqamətində Berat Albayrak Türkiyədə minə yaxın xarici investorlarla görüşəcək. Görüş zamanı Türkiyə iqtisadiyyatının rastlaşdığı problemlər və onların həlli istiqamətində müzakirələr aparılacaq. Xarici valyutanın ölkədə bahalaşmasının qarşısını hansı istiqamətdə alınacağı barədə bildiriləcək.

Qeyd edək ki, son günlər Türkiyə lirəsinin ABŞ dolları qarşısında sürətlə dəyərdən düşməsi ölkədə çaşqınlıq yaradıb. Belə bir şayiə gəzir ki, guya Türkiyədə dollarla olan hesablar dondurulacaq, həmin məbləğlər Türkiyə lirəsinə çevriləcək. Eləcə də, dollarla olan depozitlər bağlanacaq.

Bundan sonra Berat Albayrak ölkədə dollar böhranını aradan qaldırmaq üçün yeni iqtisadi modelin tətbiqinə başlanıldığını bildirib.

“Türkiyə lirəsinin dəyərini sabit saxlamaq üçün ölkənin valyuta bazarında yeni planlar hazırlanır. Deyirlər ki, guya ölkədə dollar hesabları dondurulacaq, yaxud lirəyə çevriləcək. Bütün bunlar yalandır. Depozitlər müsadirə olunmayacaq, dollar hesabları lirəyə çevrilməyəcək. Sadəcə yeni model əsasında lirənin gücləndirilməsi istiqamətində işlər aparılacaq.

Ötən gündən başlayaraq, Türkiyə Mərkəzi Bankının qərarları və ölkə rəhbərliyinin açıqlamaları lirənin dəyərindəki ucuzalaşmanı dayandırıb.

Ziya SƏCCAD
BAKU.WS