SİZİN REKLAM BURADA!
055 213 76 73



Xarici ölkə istehsalı olan avtomobillərin texniki baxış müddəti ötən gün başa çatıb.

BAKU.WS “Xəzər TV-yə istinadən xəbər verir ki, vaxtında avtomobilini texniki baxışdan keçirməyən sürücülər yeni qaydalara əsasən radarlar vasitəsilə elektron qaydada cərimələnəcək.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, yeni qaydalar ötən ayın 20-dən qüvvəyə minib.

Hansısa bir qayda pozuntusuna görə yol polisi tərəfindən saxlanılan sürücünün nəqliyyat vasitəsinin texniki baxışdan keçməməsi aşkar edilsə, dərhal yol polisi onu cərimə edəcək.

Ekspert Ərşad Hüseynov, avtomobilini vaxtında texniki baxışa təqdim etməyən sürücülərə cərimələnməmək üçün bəzi tövsiyələr verib.

Qeyd edək ki, yeni qaydalara əsasən elektron protokol tərtib edilən sürücüyə vaxt müddəti 20 gün verilir. Əgər 20 gün də sürücü avtomobilini texniki baxışa təqdim etməzsə, yenidən cərimə ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

BAKU.WS