VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Paytaxtın mərkəzi küçələrində evlərini kirayə verənlərin sayı artıb.

Buna səbəb paytaxta axın edən ərəb və iranlı turistlərin artması və günlük yüksək qiymətlərlə kirayə evlərə olan tələbin artmasıdır.

Tələb o qədər çoxalıb ki, ev sahibləri əvvəllər mənzillərinin aylıq kirayəsindən qazandıqları vəsaiti indi bir neçə gün ərzində əldə edə bilirlər. Buna görə də əksər ev sahibləri özləri daha ucuz yerdə kirayədə yaşayaraq mənzillərini yüksək qiymətə turistlərə verməyi üstün tuturlar.

Ekspertlər isə bildirir ki, evlərə tələbatın artması kirayə qiymətlərinə nəzərəçarpacaq dərəcədə təsir edib.

Turizm ekspertləri bildirir ki, turistlərin otellər yox, daha çox günlük evlərdə qalmasının bir sıra səbəbləri var.

Turizm mütəxəssisləri həmçinin düşünür ki, Şərq ölkələrindən gələn turistlərin sayının artmasında əsas vacib amil turizmin inkişafı ilə bağlı atılan addımlarla birbaşa bağlıdır. Ancaq daha böyük turist axınına nail olmaq üçün otel şəbəkəsinin genişləndirilməsinə tələb hələ də böyükdür.

Qeyd edək ki, beynəlxalq təcrübəyə əsasən kütləvi turist axınına nail olmaq üçün 3 və daha az ulduzu olan otellər şəbəkəsinin sayı 5 və daha yüksək ulduzlu otellərin sayından artıq olmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS