VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda çimərlikdə daha bir biabırçı vəziyyət aşkarlanıb.

BAKU.WS
xəbər verir ki, bununla bağlı sosial şəbəkədə video paylaşılıb. Orxan Məmmədli adlı jurnalist “Facebook”da paylaşdığı videonun Pirşağı çimərliyində çəkildiyini bildirib.

Videodan da göründüyü kimi çirkab sular birbaşa çimərliyə axıdılır.

“Çimərliyə gələndə ilk öncə sevindim ki, burada çoxlu qum var. Lakin sonradan qumların arxasında belə bir xəzinə aşkarladım. Burada kanalizasiya birbaşa dənizə tökülür”, - deyə O.Məmmədli bildirib.

Videodan da göründüyü kimi kanalizasiya sularının töküldüyü əraziyə çox yaxın yerdə insanlar çimirlər.

Həmin videonu təqdim edirik:

BAKU.WS