SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün təxminən 20:23-20:33 radələrində "28 May” stansiyasından "Həzi Aslanov” istiqamətində hərəkət edən qatar maşinist qapısı açıq vəziyyətdə platformaya daxil olub.

BAKU.WS
xəbər verir ki, “sfera.az” saytının əməkdaşı tərəfindən "Xalqlar Dostluğu” stansiyasında qeydə alınan bu videonu sizə təqdim edirik:

Qatarın maşinistə aid olan qapısının açıq hərəkət etməsinin səbəbinin havasızlıqla əlaqədar olduğunu düşündük.

Məsələ ilə bağlı "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov açıqlamasında sorğumuzu cavablandırıb:

"Bu gün səhərdən məsələ ilə bağlı araşdırma aparılır. Maşinist özü etiraf edib ki, qapını örtməyi unudub. Bu məsələ ilə əlaqədar olaraq maşinistə ciddi xəbərdarlıq edilib. Eyni zamanda bütün təlimatçı maşinistlərə tapşırılıb ki, texniki təhlükəsizlik tələblərinə ciddi riayət olunmasının vacibliyi maşinistlərin diqqətinə çatdırılsın”.

BAKU.WS