VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xoşqədəm Hidayətqızının "Səni axtarıram" layihəsinə müraciət edən fiziki qüsurlu Aytən Babayeva canlı efirdə üsyan edib.

BAKU.WS
xəbər verir ki, bank hesabı açılaraq müalicəsinə pul yığılan qız lazım olan məbləğin toplanmadığına üzülüb.

"Özümə söz vermişəm, ağlamayacam. Çünki ağlamaq acizlikdir. Bu günə qədər necə gəlmişəmsə bəsimdir. Bu gündən sonra da yığılsa da, olar, yığılmasa da. Bir daha ümidlənməyəcəm. Ümidlənsəm yıxılacam. Bilirəm ki, mənim pulum yığılmayacaq. Çünki Allah məni bu hala salıb".  

Aytənin bu sözləri hər kəsi, eləcə də Xoşqədəm Hidayətqızını ağladıb.

Zülfiyyə Qurbanova
BAKU.WS