VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin “Günə doğru” verilişində Sovetski məhəlləsindəki söküntülər barəsində sujet efirə gedib.

Təxminən 1 əsrdir ki, salınan sovetiski məhəlləsi yaradılan gündən bu gün söküləcək sabah söküləcək deyə yaddaşlarda qalıb. Söküntü işlərinin bir neçə mərhələdə aparıldığı ərazi müəyyən mənada yeni görkəm alıb. Artıq ərazidə gələn aydan söküntü işlərinin ikinci mərhələsinə start veriləcək. Bununlada daha 2500-ə qədər ev söküləcək. 15 hektara yaxın ərazidə yaşayış evləri park və yollar salınacaq. Ərazidə olduğumuz zaman sakinlər hələ onlara bir xəbər deyilmədiyindən şikayətlənirdi.

Sakin: “Heç kimi qane etmir. Ancaq nə edək, bu vəziyyətdə də yaşamaq olmur”.

Yasamal Rayon İcra hakimiyyətindən sorğumuza şifahi olaraq bildirildi ki, yaxın günlərdə komissya işnə başlayacaq və sakinlərlə danışıqlar aparılacaq. Bir məsələdə var ki, burdakı evlər istismar müddətini çoxdan başa vurduğundan əhali mənzilini nə qədər təmir etsə də ev elə dağılmağa doğru gedir. Bir neçə evdə apardığımız müşahidələr bunu deməyə əsas verir. Sakinlər isə onlara veriləcək kompensassiya məbləğindən elə də razı deyil.

Ərazidə evlərin sahəsi kiçik olduğundan əhali aldığı pulla yalnız şəhərdən kənarda ev ala bilir. Narazılıqda elə burden yaranır. Ekspert Ramil Osmanlı kompensassiya məsələsi ilə bağlı olan şərtlərdə bu gün qanundan kənar hərəkətlər yol verildiyini deyir. Çünki azərbaycan respublikası prezidentinin fərmanına uyğun olaraq vətəndaşın əmlakı hər hansı bir vasitə üçün əlindən alındıqda müəyyən olunmuş dəyərdən əlavə ona əmlakın 20 faizi məbləğində kompensasiya ödənilməlidir.

Ramil Osmanlı – Ekspert: “Əgər dövlət torpağının kvadratına 1000-1500 azn kompensassiya verilirsə, necə ola bilər ki, həmin əmlak söküldükdə ona konpensassiya ödəməkdən qaçasan?!”

Məsələ rəsmləridə narahat edir. Millət vəkili Elmira axundova sovetski ərazisindəki evlərdə yaşayan əhalinin mənzillərinin çox kiçik olmasını və bu konpensasiya ilə özlərinə layiqli ev ala bilməyəcəklərini deyib.

Elmira Axundova – Millət vəkili: “Verirsizsə, inflyasiyanı nəzərə alıb verin. 50 faiz qaldırmaq lazımdır. O zaman ədalətli olar”.

Xatırladaq ki,sovetskidə abadlaşdırmanın birinci mərhələsi 26 hektar sahəni əhatə etmişdi və burada 4300 ev və obyekt sökülmüşdü.

BAKU.WS