VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nərimanov rayonunda, metro yaxınlığında yol hərəkətinin təşkilində edilən dəyişiklik zamanı ortaya çıxan qüsur aradan qaldırılıb. 

BAKU.WS-in məlumatına görə, dəyişikliyə əsasən Əhməd Rəcəbli küçəsindən, sfetofordan dərhal sonra geriyə dönmək üçün lazım olan işarə qoyulmamışdı.

Ə.Rəcəbli küçəsində yolayrıcı qarşısına çəkilən 1.18 nişanlanması (oxlar) vasitəsilə yalnız düzünə və sağa hərəkətə icazə verilirdi. Belə çıxırdı ki, orada geriyə və sola (A.Nemətulla küçəsi tərəfə) dönmək olmaz.

Məsələyə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları dərhal reaksiya verdilər və AAY Dövlət Agentliyi ilə birlikdə dünən oradakı qüsur aradan qaldırılıb.

Son dəyişikliyə görə, həmin küçədən yenə də sola və geriyə dönmək olar.

Abbas
BAKU.WS