SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtın Ziya Bünyadov və hava limanı yolunu birləşdirəcək yeni tunelin inşası yekunlaşmaq üzrədir.

İki hərəkət zolağından ibarət olacaq tuneldə son tamamlama işləri görülür. Yeni asfaltın vurulması üçün yol yatağı hazırlanır.

Burada ''Sabunçu yol qovşağı''na qalxan avtomobillərin tuneldən çıxacaq avtomobillərə mane olmaması üçün uzunluğu 700 metr, eni isə 9 metr olan köməkçi yol da salınır.

Əraziyə cəlb edilən çoxlu sayda texnika ilə hava limanı yolunun köhnə və tikinti zamanı yararsız vəziyyətə düşmüş asfalt örtüyü də qaşınır və hərəkətə mane olmamaq üçün bura qısa zamanda yeni asfalt örtüyü çəkiləcək.

Yeni tunelin və yolun may ayında istifadəyə veriləcəyi bildirilir.

Qeyd edək ki, tunelin tikilməsində məqsəd günün pik saatlarında "Koroğlu" metrostansiyasının qarşısında yaranan sıxlığı aradan qaldırmaqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS