SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün “Sipark” şirkətinin əməkdaşları İlham Əliyevin qələbəsi münasibəti ilə yürüş keçiriblər. Onlarla şirkət əməkdaşı əllərində dövlət bayrağı ilə şirkətin “Gənclik” metrostansiyası yaxınlığındakı mərkəzi ofisindən Heydər Əliyev mərkəzinə qədər kilometrlərlə yol piyada qət ediblər.

Təqribən 100-ə yaxın yürüş iştirakçısı müxtəlif şüarlar səsləndirərək birgə hərəkət etməsi ətrafdakıların da böyük marağına səbəb olub. Hətta paytaxt sakinlərindən yürüşə qatılanlar da olub.

“Sipark” şirkətinin rəsmisi Rizvan Məmmədov prezident seçkisində İlham Əliyevin qələbəsini qeyd etmək üçün bu yürüşü təçkil etdiklərini bildirdi:
“Dünənki möhtəşəm qələbəni qeyd etmək üçün buraya toplaşmışıq. Bu məqsədlə “Sipark”ın rəhbər şəxsləri və kollektivi əllərində dövlət bayrağını tutaraq, şirkətin mərkəzi ofisindən Heydər Əliyev mərkəzinə kimi yürüş etdi.

Xalq öz prezidentinə dəstək olmaq üçün buradadır. Dünənki seçkilərd cənab prezident 86 faizdən yuxarı səs topladı. Bu da xalqın ona dəstək olmasının bariz nümunəsidir. Biz də “Sipark” şirkəti olaraq seçkidə fəal iştirak etmişik və bugünki tədbirdə də həvəslə iştirak edirik. Xalqımızı bu əlamətdar gün münasibəti ilə təbrik edirik. “Sipark” şirkəti olaraq ölkə başçımızın verdiyi sərəncam və göstərişlərdən irəli gələn bütün məsələlərdə aktiv iştirak etməyə çalışacağıq”.