SİZİN REKLAM BURADA!
055 213 76 73



Son vaxtlar xırda pul vahidləri olan 1, 3 və 5 qəpiyə yanaşmalar birmənalı deyil. Müxtəlif ticarət və xidmət obyektləri var ki, xırda pulları götürmür və ya qaytarmırlar. Xırda pulun əvəzində isə bəzən kibrit, bəzən də dənə çay verirlər. 1, 3, 5 qəpiyi verdikdə isə qəbul etmirlər.

Maraqlı məqamlardan biri isə həmin qəpiklərdən gündəlik minib-düşdüyümüz avtobuslarda da istifadə edə bilməməyimizdir. Avtobus sürücülərinə xırda pulları uzatdıqda ya götürmürlər, ya da ki, baxışları ilə insanı peşman edirlər.

Bunlardan başqa alıcılar arasında da 1, 3, 5 qəpiyə münasibət eyni deyil. Onlar bu pullardan istifadə etmək istəmir və qalıq qaldıqda götürmürlər.

Görəsən metal qəpiklərə bu cür hörmətsizliyin səbəbi nədir? Paytaxt sakinləri metal qəpiklərdən istifadə edirlərmi?

BAKU.WS məsələ ilə bağlı sorğu keçirib.

Ətraflı videomaterialda:

BAKU.WS