SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı aparıcı Elvin Mərdənov xoşagəlməz vəziyyətlə üzləşib. 

BAKU.WS-in məlumatına görə, aparıcı Binədə yerləşən "Araz" marketdən konfet alıb. Elvin aldığı konfetin içində qurdların gəzdiyini görəndə bir xeyli təəccüblənib. 

Aparıcı bu vəziyyətlə təcili izahat verilməsini və tədbir görülməsini tələb edir. Məsələ ilə bağlı BAKU.WS Araz Supermarketlər Şəbəkəsi ilə əlaqə saxlayıb.

Supermarketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elvin Babayev faktla bağlı açıqlama verib:

"Məlumat bizə daxil olan kimi mağazada eyni adda şokoladlar yoxlanılmış lakin qeyd olunan hal aşkarlanmamışdır. Videoda göründüyü kimi məhsul 28.03.2018-ci il tarixində paketlənib. Biz istehsalçı şirkətə də bu barədə məlumat verdik. Marketlərimizdə məhsul satışa çıxarılmazdan öncə istehsalçılardan müvafiq uyğunluq sertifikatlarını tələb edirik. Məhsulun son istifadə tarixi bitmədiyinə görə bu istehsal problemi ola bilər. Qeyd edim ki, tərkibində dənli bitkilər və quru meyvələr olan şokoladlara qurd düşməsi hallarına bəzən təsadüf olunur. Biz Araz Supermarketlər Şəbəkəsi olaraq bu cür halların yaşanmaması üçün şokoladların saxlanma şəraitinə diqqət edir, vitrinləri hər həftə dizinfeksiya edirik.

Biz müştəri məmnuniyyətinə önəm verərək, müştərilərə daima keyfiyyətli məhsullar təqdim edir, yüksək xidmət göstərməyə çalışırıq. Hər-hansı bir neqativ hal yaşandıqda müştərilərimizin dərhal qaynar xəttimizə (012924) zəng edərək, facebook və instagram səhifəmizə yazaraq məlumat verməsini xahiş edirik. Məqsədimiz müştərilərimizin hər zaman razı qalması və onların məmnunluğudur".

Abbas
BAKU.WS