SİZİN REKLAM BURADA!
055 213 76 73



Genişmiqyaslı təlimlərə ümumi rəhbərliyi həyata keçirən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Raket və Artilleriya Qoşunlarının təlimlərə cəlb edilən silah və hərbi texnikasına yerləşdikləri ərazidə baxış keçirib və şəxsi heyətlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, müdafiə naziri döyüş heyətlərinin hazırlığını yoxlayıb və təlimlərdə döyüş tapşırıqları yerinə yetirəcək müxtəlif çaplı raket və artilleriya qurğuları, reaktiv yaylım atəş sistemi və minaatanların daha effektiv tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.

BAKU.WS