SİZİN REKLAM BURADA!
055 213 76 73



Vidadi İsgəndərlinin atasının qəbirinin təhqir olunması xəbəri yalan və təxribat çıxdı.

Sosial şəbəkələrdə yayılmış xəbərlərdə hazırda Avropada yaşayan hüquqşünas Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunduğu iddia edilib və bildirilib ki, rayonda bir qrup şəxs onun atasının məzarını insanlığa sığmayan iyrənc bir şəkildə təhqir edib və prosesi çəkərək, internetə yerləşdirib. Videogörüntüdə onun ünvanına söyüş və təhqir dolu ifadələr işlədilir, bunun Vidadi İsgəndərlinin tənqidlərinə cavab olduğu deyilir.

Məlumatdan xəbər tutan Vidadi İsgəndərlinin yaxın qohumları narahat olaraq qəbiristanlığa gedib və İsgəndər İsgəndərovun, habelə digər qohumlarının məzarlarını yoxlayıblar. Vidadi İsgəndərovun əmisi oğlu İmran İsgəndərov qəbirə heç bir müdaxilə edilmədiyini, hər hansı bir təhqiramiz hadisənin olmadığını bildirib.

Vidadi İsgəndərlinin əmisi oğlunun çəkdiyi görüntülərlə internetdə yerləşdirilən görüntüləri müqayisə etdikdə aydın görünür ki, video başqa yerdə çəkilib. İnternetə yerləşdirilən bu videodakı yer Göyçay rayonunun Məlikkənd kənd qəbirstanlığı deyil.

Maraqlı bir sual ortaya çıxır: Vidadi İsgəndərli doğurdanmı öz atasının dəfn olunduğu qəbiristanlığı və elə qəbirin özünün yerləşdiyi yeri tanımır ki, bu videonun heç də o yerdə çəkilmədiyini müəyyən etsin? Yoxsa başqa məqsədləri var? Bəlkə bu fərq onu heç ümumiyyətlə maraqlandırmayıb...

İndi gələk əsas məsələyə, bu təxribatı kim törədib və bu kimin maraqlarına xidmət edir... Əslində bunun ətrafında o qədər də çox düşünməyə ehtiyac da qalmır. Təxribat videosu internetə düşər-düşməz Vidadi İsgəndərli də daxil olmaqla radikal müxalifət düşərgəsi bundan siyasi şou düzəltməklə məşğuldur. Özünü müxalifətin öndəgələnləri hesab edən şəxlsrin demək olar ki, hamısı bu iyərnclikdən qidanlanmağa çalışıblar. Bunu hakimiyyətin əməli kimi qələmə verərək ardından da insanları mitinqə dəvət ediblər. Elə bu yanaşma özü göstərir ki, təxribatın arxasında hansı qüvvələr dayanır. Bu, siyasi əxlaqsızlıqla hakimiyyəti gözdən salmağa çalışanlar bu dəfə də özlərini ifşa etdilər. Və onu da sübut etdilər ki, doğurdan da onlar hakimiyyət ambisiyası üçün hər cür mənəvi-əxlaqi dəyərləri tapdamağa qadirdirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS