VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə Ordusu gecə saatlarında gizli planı həyata keçirməyə çalışan PKK terrorçularına şok yaşadıb.

BAKU.WS-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, terrorçular bu gecə gizli tunellərlə Türkiyəyə sızmaq istəyib.

Lakin Türkiyə hərbçiləri onların izinə düşüb və xüsusi əməliyyat planı hazırlanıb. 3 istiqamətdən Türkiyəyə sızmağa çalışan terrorçular Türk əsgərlərinin qəfil hücumu nəticəsində darmadağın ediliblər.

Eyni anda qırıcılar Raco vilayətinin 3 kəndindəki terrorçuların mövqelərini bombardman edib.

“Zeytun budağı” əməliyyatının 41-ci günündə Suriyada öldürülən terrorçuların sayı 2000-ni ötüb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı terrorçulardan təmizlənən bölgələrin görüntülərini yayımlayıb.

BAKU.WS