SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda addımbaşı təmir işləri gedir. Yeni binalar tikilir, təmir olunur.

BAKU.WS-in şəhərin mərkəzində apardığı araşdırmadan məlum olur ki, çox zaman tikinti işləri aparılarkən təhlükəsizlik qaydalarına əməl edilmir. Tikinti ərazisində vətandaşların gediş-gəlişinə problemlər yaranır. Belə ki, təmir olunan binaların bəzilərində qoruyucu örtük olsa da digərlərində yoxdu.

Olsa da belə, sakinlər oradan keçə bilmirlər.

Tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, paytaxtın əksər yerlərində tikinti zamanı təhlükəzilik qorunur. 

"Azərbaycanda tikinti sahəsində təhlükəsizliyin tam təmin olunması, bu problemin birdəfəlik aradan qaldırılmasına müddət lazımdır. Bunun üçün kifayət qədər maarifləndirmə işləri aparılmalıdır. Şəhərin əksər yerlərində tam təhlükəzilik qorunur".

Bu səbəbdən də paytaxt sakinlərinin həyatı üçün təhlükə yaranır. Hətta insan ölümləri də baş verir.

Qeyd edək ki, iki il əvvəl 20 nömrəli məktəbin binasında faciə baş vermişdi. Tikintidə bədbəxt hadisə baş verib və tikintidən aşağı düşən dəmir parçası 1 nəfərin ölümünə, 1 nəfərin ağır yaralanmasına səbəb olub.

Oxşar hadisə 2014-cü ildə də baş vermişdi. Heydər Əliyev prospektində sökülməkdə olan binanın uçması nəticəsində Bakı sakinləri � 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu ölmüşdülər. "Ölənlər ərazidəki "Shevrolet Niva" maşınının içində olublar. Hadisə zamanı bu maşından əlavə daha 5 maşına ciddi zərər dəyib.


Tuncay
BAKU.
WS